Əlilliyi olan şəxslər üçün tur təşkil olunub- Özəl

328

Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək Ictimai Birliyi bir qrup təşkilat üzvü üçün Quba rayonu Soyuq Bulaq istirahət Mərkəzində tur təşkil edib.

Bununla bağlı Əlilliyi olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyaslna Dəstək İctimai Birliyinin Sədri sədri Səbinə Kərimova Sosialmedia.az-a bildirib. QHT sədri qeyd edib ki, turun məqsədi əlilliyi olan şəxslərin yay aylarında istirahətinin təmin olunması və asudə vaxtlarınin səmərəli keçirilməsidir: “Onlar üçün əyləncəli oyunlar və gəzinti təşkil olunub. Bu cür gəzintilər yayın sonuna kimi təşkil olunacaq. Növbəti tur Lerik rayonuna nəzərdə tutulub”.

Qeyd edək ki, əlillik təkcə fiziki və ya psixi vəziyyət deyil, həyat tərzidir və bu həyat tərzini asanlaşdırmaq, əlilliyi olan insanların cəmiyyətin fəal hissəsi olmasını təmin etmək hər kəsin borcudur. Bu kontekstdə əlillər üçün turların təşkili onların həyat keyfiyyətinin yaxşılaşdırılması, səyahət təcrübəsinin zənginləşdirilməsi və ictimai iştirakının dəstəklənməsi baxımından son dərəcə vacibdir.