“Dəmir yumruq” adlı tədbir keçirildi-Özəl

233

Sosialmedia.az xəbər verir ki, 30 sentyabr 2023-cü il tarixində anım gününə həsr edilmiş ” dəmir yumruq” adlı tədbir keçirildi. SDN Biznes Mərkəzində Sübhnur tədris mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan Respublikasının millət vəkili Vüqar İsgəndər, BDU -nun Diplomatiya fakültəsinin dosent professoru Vəliyulla Cəfərov, AMEA -nın Folklar İnstitutunun a.e.i Elyar İslamoğlu, Abşeron KOB sədri Aqşin Əsgərov, Lütfizadə adına BMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri namizədi, dosent Nəbi Mahmudov , Jurnalist, ssenari müəllifi, “Qızıl qələm” mükafatı laureatı, Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin üzvü Ötərxan Eltac , Səbail Rayonu Vətən müharibəsi təşkilatı insan resursları departamentinin rəisi İsmayıl İsmayılov, Vətən muharibəsi veteranlar təşkilatı , dəyərli qələm sahibləri , orqan rəhbərləri və əməkdaşları, ziyalılar, şəhid ailələri,qazilər, gənclər və ictimaiyyət nümayəndələri iştirak etdilər.

Tədbir başlamazdan əvvəl vətən uğrunda canlarından keçmiş bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə açan mərkəzin rəhbəri G .Hüseynova qeyd edib ki , 44 günlük Vətən Müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz 30 il işğal altında olan torpaqlarımızı azad etməklə tarixi qələbə əldə etdi.

Daha sonra ardıcıl çıxış edən qonaqlar Qazilər,Şəhid anası Mehriban xanim Sübhan Abdurrəhmanovun göstərdiyi şücaətlərdən, oğlu haqqında xatirələrindən  danışıb, bir ana olaraq müqəddəs amal uğrunda mübarizə aparıb, şəhadətə yüksələn oğlu ilə hər zaman fəxr etdiyini bildirib. Şəhid anası eyni zamanda şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına göstərilən yüksək dövlət qayğısına görə minnətdarlıq edib. Vətən qaziləri çıxış edərək müharibə zamanı onların keçdikləri döyüş yolları, əldə olunan tarixi Qələbəmiz haqqında təəsuratlarını tədbir iştirakçıları ilə bölüşdü. Gənc yazar Aysu Türkel öz şeirini səsləndirib.

Sonra mərkəzin şagirdləri şəhidləri tərənnüm edən şeirlər səsləndirib, Ali Baş komandan İlham Əliyevin xalqa müraciəti, bütün şəhidlərin xatirəsinə hazırlanmış videoçarxlar tədbir iştirakçılarına təqdim olunub.