Turan Akademiyasının rəhbəri təltif edildi- Özəl

353

Sosialmedia.az xəbər verir ki,
12 oktyabr 2023-cü ildə Türkiyə Cumhuriyyətinin Ankara şəhərində Qazi Universitesi, Türk Dünyası Araşdırmalar Vakfı, Sakarya, Manas Universitetlərinin təşkilatçılığı ilə XXI Uluslararası Türk Dünyası Sosial Bilimlər Konqresi keçirilmişdir.

Tədbirdə iştirak edən Turan Akademiyasının Azərbaycan direktoru Niyaməddin Şükürov türk dünyası dövlətlərinin tanınmış ziyalıları, o cümlədən Qazi Universitetinin rektoru, Prof., Dr. Musa Yıldız ilə görüşmüş və Türk Dünyası Araşdırmalar Vakfının təltifinə layiq görülmüşdür.