ABŞ-ın müdafiə naziri Ukraynaya və İsrailə yardım göstərməyə çağırıb- Özəl

221

Sosialmedia.az xəbər verir ki, ABŞ-ın müdafiə naziri Lloyd Austin və ABŞ-ın dövlət katibi Entoni Blinken Ukraynaya əlavə 44,4 milyard dollar, İsrailə isə 10,6 milyard dollar yardım göstərməyə çağırıblar. Digər 3,3 milyard dollar isə ABŞ-ın hərbi ehtiyacları üçün nəzərdə tutulub.

Pentaqon rəhbərinin sözlərinə görə, amerikalılar başa düşməlidirlər ki, Ukrayna və İsraildə baş verənlər ABŞ-ın milli təhlükəsizliyinə təsir edir.