Sürücülər cərimələnir – Elektron kabineti olmayan sürücülər nə etməlidir? / VİDEO

179

Texniki baxışdan vaxtında keçməyən sürücülər cərimə edilirlər. Sürücülərətövsiyyə olunur ki onlar bu barədə məlumatları elektron kabinetdən öyrənəbilərlər. Apardığımız sorğu zamanı bəlli oldu ki, əksər sürücülərin elektron kabinetiyoxdur. Ekspert bu məsələdə çıxış yolu təklif edir.

Əksər sürücünün elektron kabineti yoxdur. Bu səbəbdən avtomobillərinin texniki baxış ilə bağlı məlumatları vaxtında öyrənə bilmirlər. Texniki baxışdan vaxtında keçməyən 100 minə yaxın sürücüyə cərimə yazıldığı bildirilir…

Yol Hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyir ki, elektron kabinet sisteminin özündə də müəyyən natamamlıqlar var. Hələlik bütün sürücülər haqqında həmin bazada informasiya mövcud deyil.

Ekspert təklif edir ki, ümumiyyətlə texniki baxış məsələsində yaranan anlaşmazlığı aradan qaldırmaq üçün qanunvericiliyə müəyyən əlavələr etmək lazımdır. Sürücülərə texniki baxışın bitmə vaxtı ilə bağlı məlumatların çatdırılması təmin edilməlidir.

Qeyd edək ki, nəqliyyat vasitəsini texniki baxışdan keçirməməyə görə sürcülər 50 manat miqdarında cərimə olunurlar. Cərimə yazılandan sonrakı 20 gün ərzində texniki baxışdan keçmədikdə yenə də eyni miqdarda cərimə tətbiq olunur. Texniki baxışdan keçmək üçün dövlət rüsumu 20 manatdır.