Kütləvi informasiya vasitələrinə açıq ŞİKAYƏT MƏKTUBU-Özəl

590

Sosialmedia. az xəbər verir ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmış xüsusi mülkiyyətimdə olan ümumilikdə 4 ha torpaq sahəsi bir neçə işbaz Xəyal (050-224-65-64), Şahin (050-200-40-31) və Əli (055-211-17-23) adlı şəxslər tərəfindən zəbt edilərək orada qanunsuz fərdi yaşayış evləri inşa edilməkdə davam edir.


Bu səbəbdən şikayətim əsasında tikinti işlərinin dayandırılması və orada inşa edilmiş özbaşına tikintilərin sökülməsi barədə aidiyyəti üzrə bütün dövlət orqanlarına (Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Azərbaycan Respublikası Daxili İşlər Naziliyinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Əmlak Məsələləri Xidmətinə, Abşeron rayon İcra hakimiyyətinə, Abşeron rayon Prokurorluğuna, Azəriqaz ASC, Azərsu ASC, Azərişıq ASC) müraciət etmişəm.


Lakin məsələnin ciddiliyini nəzərə almayaraq həmin qurumlar problemin aradan qaldırılmasını təmin etməmişlər.
Əksinə həmin ərazidə güya özbaşına tikililəri mən həyəta keçirdiyimə görə mənim barəmdə Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron rayon ərazi idarəsi inzibati protokol tərtib edərək məni 300 manat cərimə etmişdir. Həmin cərimə qərarından verdiyim şikayət əsasında həmin qərar Nərimanov rayon Məhkəməsi tərəfindən ləğv edilmiş və müəyyən edilmişdir ki mənə məxsus torpaq ahəsində yuxarıda adları qeyd edilən işbaz şəxslər tərəfindən özbaşına tikililər inşa edilmiş və ƏMDX-nin yerli idarəsi məsələni araşdırmadan məni əsassız olaraq cərimə etmişdir.


Eyni zamanda şikayətim əsasında Abşeron rayon Polis İdarəsində başlanmış cinayət işi üzrə müstəntiq Cəfər Nəzərov (055-224-97-66) uzun müddət işi icraatında hərəkətsiz vəziyyətdə saxlamaqla həmin mənə məxsus ərazidə özbaşına tikinti aparan şəxslərə himayədarlıq edərək ərazinin tamamilə qanunsuz olaraq məskunlaşdırılmasına müəyyən maraqlar müqabilində şərait yaratmaqdadır.
Cinayət işi ilə bağlı niyə konkret tədbirlər görülmədiyi barədə maraqlandıqda isə gülərək əliniz cibinizdə olsun deyir.


Bundan başqa örada özbaşına tikinti işləri aparıldığı halda aidiyyəti kommunal xidmətlər isə həmin özbaşına inşa edilmiş fərdi evlərə qaz, su və işıq sayğacları quraşdıraraq həmin ərazinin qanunsuz məskunaşmasına şərait yaratmaqda davam edirlər.
Rayon icra hakmiyyəti isə öz növbəsində məslələyə seyirçi mövqedən yanaşaraq yalnız məsələni müşayət etməklə kifayətlənir.


Qeyd edilən haqsızlığa və konstitusiya ilə qorunan mülkiyyət hüquqlarıma bu cür kobud etinasız münasibətlə qarşılaşdığımdan məsələnin ölkə başçısının təbiri ilə desək mətbuat və sosial şəbəkələrdə işıqlandırmaq qərarına gəldim.
Bəlkə bundan sonra aidiyyəti dövlət qurumlarını öz vəzifə borclarını vicdanla yerinə yetirməyə nail ola bildim.


Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur və həmçinin Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.


Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işlərini aparma məsuliyyət yaradan əməl kimi tövsif edilmişdir.


Göründüyü kimi mülkiyyət hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işlərini aparma mülkiyyətçiyə dəyən zərərdən asılı olaraq, vurulmuş zərərin miqdarı baxımından əməlin və onun doğurduğu nəticələrin ictimai təhlükəliliyi nəzərə alınmaqla cinayət qanunun hüquqi təbiəti baxımından dövlətin hüquqazidd əmələ reaksiyasının ən son vasitəsi olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddəsinin təsiri altına düşür.
Qeyd edilənləri nəzərə alaraq özbaşına xüsusi mülkiyyətimdə olan torpaq sahəsini zəbt edərək orada qanunsuz tikinti aparan yuxarıda adları qeyd edilən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi və bu qanunsuzluğa göz yuman aidiyyəti dövlət orqanları barəsində müvafiq tədbir görəsiniz.
.

Qoşma: 1. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət
reyetrindən çıxarışın surəti;

  1. Xəritədən çıxarış.
  2. Fotoşəkillər İmza: Axundov Allahverdi İsfəndiyar oğlu