Sumqayıtda SosialMedia.az saytının təqdimat mərasimi təşkil olundu

743

27.05.2019-cu il tarixində SosialMedia.az saytının təqdimat mərasimi təşkil olundu. Mərasimdə dövlət qurumları, QHT-lər və Media nümayəndləri iştirak etdi.

SosialMedia.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan ƏSMİD İctimai Birliyinin sədri Səbinə Kərimova Sayt haqqında geniş məlumat verdi. O,bildirdi ki, “Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” İctimai Birliyi (ƏSMİD) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə 01.05.2019-cu il tarixindən «Əlilliyi olan gənclərin İKT bacarıqlarının artırılması məqsədi ilə təlim təşkil” layihəsinin icrasına başlayıb.

Layihənin məqsədi bacarıqlı əlilliyi olan şəxslər barədə məlumatların toplanılması,onların əl işlərindən ibarət bazanın yardılmasıdır.Digər tərəfdən onların sayt üzərində işləmə mexanizminin öyrədilməsidir ki, bu sahədə daha aktiv fəaliyyətlə məşqul olmasına kömək edəcək.
Layihə müddətində Sumqayıt şəhərindən 15 nəfər sağlamlıq imkanları məhdud gənc və Bakı şəhərində keçirilən təlimlərdə 15 nəfər eşitmə məhdudiyyətli gənclər iştirak etmişdir. Onlara şuranın dəstəyi ilə yeni yaradılmış SosialMedia.az saytı üzərində işləmə mexanizmi öyrədilib və bacarıqlı gənclərin əl işlərindən ibarət güşə yaradılıb. Saytın özəlliyi ondadır ki, burada yalnız əlilliyi olan gənclər işləyir.Saytda onların hər biri öz seçdikləri kateqoriya üzrə xəbərlərlə yanaşı, eyni zamanda öz əl işləri də yerləşdirilir. Sonra qeyd etdi ki,tədbirin Sumqayıt şəhərində keçirilməsi şəhərimizin 70 illiyi ilə bağlıdır.Bu il bildiyiniz kimi Sumqayıt şəhərinin 70 illiyi olacaq və bizdə istədik ki,silsilə tədbirlər içində bizim də olsa töhvəmiz olsun.
Layihə təlimçisi QHT.az və QHT TV baş redaktoru Cəsarət Hüseynzadə layihənin gedişatı barədə məlumat verdi.

Sumqayıt şəhər İcra hakimyyətinin ictimai-siyasi məsələlər şöbəsinin müdiri Fərman Kazımov Sumqayıt şəhərində fəaliyyət göstərən ictimai birliklərə göstərilən diqqətdən və şəhərdə aparılan abadlıq işlərindən danışdı.

Sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Xəzər rayon Dövlət Sosial Müdafiəsi Fondunun müdiri Firdovsi Bədəlov, Sumqayıt şəhər Dövlət Sosial Müdafiəsi Fondunun müdiri Ceyhun Suleymanov, Ana Vətən Partiyasının Ali Məclisinin sədri Elçin Ağamalı, YAP Sumqayıt şöbəsinin sədr müavini Vəzirxan Ənsərov, Sabaha-İnanla.az saytının baş redaktoru Namiq Məmmədli, Sumqayıt Təhsil şöbəsindən Ceyran xanım və QHT-rəhbərləri Mətanət Əsgərqızı,Zenfira Mustafayeva,İndira Şəmsivari,Cəmilə Abdulova,Dünya Əliyeva və bir çoxları yeni yaradılan sayta uğurlar arzuladılar. Tədbirdə təqdimatı keçirilən SosialMedia.az saytına giriş və orda yerləşdirilən yazılar nümayiş etdirilib. Həmçinin salonda əlilliyi olan şəxslərin əl işlərindən ibarət sərgi təşkil olunub.
Sonda layihədə fəal iştirak edənlərə diplomlar və hədiyyələr təqdim edildi.