Sabahın hava proqnozu

201

Martın 29-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən SosialMedia.aza verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman, axşam çiskin olacağı ehtimalı var.

Şimal küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu  Abşeron yarımadasında gecə 5-9, gündüz  13-17, Bakıda  gecə 6-8, gündüz 15-17 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 762 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80  faiz olacaq.

Martın 29-da Azərbaycanın rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gecə və səhər duman olacaq, şərq küləyi əsəcək.

Havanın temperaturu  gecə 4-9, gündüz  13-18 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək  isti, gündüz  3-7 dərəcə isti olacaq.