Sabahın hava proqnozu

190

Mayın 2-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ETSN Milli Hidrometeorologiya Xidmətindən SosialMedia.aza bildirilib ki, gecəyə doğru  bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Səhər saatlarında duman olacaq, mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu Abşeronda gecə 10-13° isti, gündüz  18-22° isti, Bakıda gecə 11-13° isti, gündüz  19-21° isti olacaq.

Atmosfer  təzyiqi 758 mm civə sütunu təşkil ecdəcək.

Nisbi rütubət gecə 70-80 %, gündüz  40-45 % olacaq.

Tibbi-meteoroloji proqnoz:

Mayın 2-də Bakıda və Abşeron yarımadasında temperaturun iqlim norması daxilində olacağı gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir  yağış yağacağı gözlənilir.  Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər saatlarında duman olacq, şərq küləyi əsəcək

Havanın temperaturu gecə 8-13° isti, gündüz  20-25° isti, dağlarda gecə 3-8° isti, gündüz  10-15° isti olacaq.