Ədaləti görmək istəməyənlər- Mətanət Əsgərqızı

334

Elə hadisələr baş verir ki, bəzən anında ona qiymət vermirsən. Zaman keçir və hadisənin çəkisini daha yaxşı anlayırsan. Cənab Prezident İlham Əliyevin 2020-ci il iyunun 3-də Tərtər Olimpiya İdman Kompleksinin açılışı zamanı səsləndirdiyi fikirlər diqqətimi çəkdi. O AŞPA adlı qurumun fəaliyyətsizliyinə diqqətləri yönəltdi. İstər AŞPA-nın istərsə də ATƏT-in Minsk qrupunun Azərbaycanla bağlı qeyri-səmimi, ikili standartlarının fonunda ölkəmizə qarşı qərəzin artıq nə müddətdir aşkar görsəndiyini xüsusi vurğuladı. Bir çox hallarda vətəndaşların yuxarıda qeyd etdiyim təşkilatların fəaliyyətsizliyinə dözümlülüyümüzü cənab Prezidentə ünvanlayanlara da çıxışın mətnini oxuyub analiz etməyi tövsiyyə edərdim.

Ölkə rəhbəri qeyd etdi ki, qondarma Respublikanın keçirdiyi prezident seçkilərinə AŞPA-nın eləcə də ATƏT-in səssiz qalmasını pisləyir, Azərbaycanın hər məsələsini qınaq obyektinə çevirən qurumların hərəkətləri isə çox suallar doğurur. Cənab Prezident niyə məhz işğalçıya deyil, dövlətimizə qarşı özlərini ciddi qurum adlandıran təşkilatların tədbirlər görmədiklərinin səbəbini Azərbaycanın artan gücü ilə əlaqələndirdi…

P.S.Ədaləti görmək istəməyənlərdən isə artıq canımızı qurtarmağın vaxtıdır. Heç bir işə yaramayan həmin təşkilatların bu günə qədər Azərbaycanla bağlı qəbul etdiyi qərarlar, qətnamələr işlək deyilsə, icra olunmursa biz niyə o qurumlarda qalmalıyıq…
Müstəqil jurnalist,Əsgə Ailələrinə Dəstək ictimai birliyinin sədri Mətanət Əsgərqızı