Ceyranbatan su anbarının yaxınlığında quru ot və kol-kos sahəsi yanır

144

Abşeron rayonunda Ceyranbatan su anbarının yaxınlığında quru ot və kol-kos sahəsində təqribən 2 ha ərazidə yanğın başlayıb.

SosialMedia.azın Fövəqladə Hallar Nazirliyinə istinadən xəbərinə görə, Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikasını və Mülki müdafiə qoşunlarının şəxsi heyətini cəlb etməklə yanğına qarşı təcili və təxirəsalınmaz tədbirlər həyata keçirilir. Yanğın nəzarətə götürülüb və yayılmasının qarşısı alınıb.

Yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.