Azərbaycanda indiyədək 11767 nəfər COVİD-19-a yoluxub, 6325 nəfər sağalıb, 143 nəfər vəfat edib

150

İndiyədək ölkədə ümumilikdə 11767 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan SosialMedia.az- a verilən məlumata görə, onlardan 6325 nəfər müalicə olunaraq sağalıb, 143 nəfər vəfat edib, 5299 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.