Bakıda yük maşınından meyit çıxdı

313

Bakının Qaradağ rayonunda avtomobil parkında dayanan “Volvo” markalı yük avtomobilində meyit aşkarlanıb.

Sosialmedia.az bildirir ki, Bu barədə Axar.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Qeyd edilir ki, nazirliyin “112” qaynar telefon xəttinə yük avtomobilindən 1 nəfərin meyitinin çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri 1977-ci il təvəllüdlü İqor Tasayeviçin meyitini nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.