İstedadlı əlilliyi olan şəxslər üçün sosial şəbəkələr üzrə özünü tanıtma onlayn kursları təşkil edilib

247

İstedadlı Əlillər İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyə dəstəyi ilə İstedadlı Əlillər İctimai Birliyinin icra etdiyi “Əlilliyi olan istedadlı şəxslərin yaradıcılıq imkanlarının inkişaf etdirilməsinə dəstək” layihəsi çərçivəsində sosial şəbəkələr üzrə özlərini cəmiyyətə tanıtma mövzusunda onlayn təlim təşkil edildi.

Sosialxəbər.az xəbər verir ki, Onlayn təlimin moderatoru Birliyinin sədri Cavad Qasımov və təlimçi qismində, birliyinin sədr müavini Ayaz Hüseynov “Sosial şəbəkələr üzrə analitika, sosial şəbəkələrdə kontentin qurulması, sosial şəbəkələrdə izləyicilərin artırılması” mövzusuna dair təlim keçirdi. Daha sonra təlimçi “Bengu Art” sosial biznesin təsisçisi Kəmalə Sultan “məhsulları necə təqdim etmək”,”hədəf auditoriyasını tapmaq”, ümumi olaraq sosial marketinqlə öz biznesini qurmaq mövzusunda təlimləri davam etdirdi. Təlimlər əlilliyi olan şəxslər tərəfindən çox maraqla qarşılanaraq təcrübə mübadiləsi çərçivəsində davam etdirilmişdir.

Əlaqə nömrəsi: +994509993079: +994558614118

Hörmətlə: İstedadlı Əlillər İctimai Birliyinin mətbuat xidməti.