Sərrac DİN rəhbərini istefaya göndərdi

133

Liviya Milli Razılıq Hökumətinin Fayez Sərrac Daxili İşlər naziri Fəthi Başaqı vəzifəsindən azad edib.

Sosialmedia.az xəbər verir ki, bu məlumatı Liviya Milli Razılıq Hökuməti öz Feysbuk səhifəsində paylaşıb. Məlumata görə, Fəthi Başaq vəzifədən kənarlaşdırılmaqla bərabər onunla bağlı təhqiqat başlayıb. Sərracın belə qərar qəbuluna səbəb nazirin ölkədəki etirazlarla bağlı səsləndirdiyi bəyanat olub.

Qeyd edək ki, Liviyada etiraz aksiyaları avqustun 23-də başlayıb. Etirazçılar Liviya Milli Razılıq Hökumətininin istefasını və həyat şəraitinin yaxşılaşdırılmasını istəyiblər.