“Parlamenti” Şuşaya köçürmək nə deməkdir? – Əliyev

288

Qondarma “dqr”in “parlamenti”nin Şuşaya köçürülməsi nə deməkdir?! Yenə də Azərbaycan xalqını təhqir etmək cəhdidir.

Cəbrayıla Ermənistandan yeni yolun çəkilməsi nə deməkdir? O deməkdir ki, orada qanunsuz məskunlaşma aparılacaq.

Artıq Livandan, başqa yerlərdən erməniləri gətirirlər, köçürürlər bizim qədim şəhərimizə – Şuşada yerləşdirirlər, televiziyada göstərirlər, beynəlxalq konvensiyaları pozurlar, Cenevrə Konvensiyasını tapdalayırlar. Bunlara söz deyən var?

Sosialmedia.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Cəbrayılın və bəzi kəndlərin azad edilməsi ilə bağlı xalqa müraciətində düşmənin davranışları haqda danışarkən deyib.