Şimali Kiprin Baş Naziri: “Ermənistanın işğalçılıq siyasətini qətiyyətlə pisləyirik”

120

“Ermənistanın işğalçılıq siyasətini qətiyyətlə pisləyirik. Azərbaycanlılar türkiyəlilər qədər bizə doğmadır”.

SosialMedia.az-ın yerli bürosunun xəbərinə görə, bunu Şimali Kipr Türk Cümhuriyyətinin Baş Naziri Ersin Tatar CNN TÜRK-ə müsahibəsində deyib.

“Azərbaycanın işğal altında olan tarixi torpaqlarının tez bir zamanda  azad edilməsini istəyirik. Biz haqlı mübarizələrində azərbaycanlı qardaşlarımızın yanındayıq”, – deyə E. Tatar bildirib.

Baş Nazir Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulmasını da pisləyib.

O qeyd edib ki, Ermənistan təcavüzkar hücumları ilə regionda sülhün, sabitliyin pozulmasına səbəb olaraq təhlükəli vəziyyət yaradır.