Ordumuzda qan ehtiyatları ilə bağlı heç bir problem yoxdur

137

Ordumuzda qan ehtiyatları ilə bağlı heç bir problem yoxdur.

Sosialmedia.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

“Qan vermək məqsədilə Silahlı Qüvvələrin Baş Klinik Hospitalına vətəndaşlar tərəfindən xeyli sayda müraciətlər daxil olur. Bununla əlaqədar bildiririk ki, Azərbaycan Ordusunda qan komponentləri ehtiyatları ilə bağlı heç bir problem yoxdur. Ordumuzun qan və qan komponentlərinə olan tələbatı Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Qan Bankı bölməsi tərəfindən tam təmin edilir və hərbi tibb müəssisələrində bütün qan qruplarından ehtiyatlar mövcuddur”,- nazirlikdən bildirilib.