Tramp xəstəxanadan evə buraxılır

168

ABŞ Prezidenti Donald Tramp bu gün müalicə aldığı xəstəxanadan evə buraxılacaq.

Sosialmedia.az xəbər verir ki, bu barədə ABŞ lideri sosial şəbəkə hesabında deyib.

O bildirib ki, özünü yaxşı hiss edir:

“COVİD-19-dan qorxmayın. Həyatınıza hakim olmasına icazə verməyin. Mənim rəhbərliyim altında həqiqətən də güclü dərmanlar istehsal etdik. 20 il əvvələ görə özümü daha yaxşı hiss edirəm”.

Qeyd edək ki, D.Tramp və xanımı COVİD-19-a yoluxmuşdu.