Ermənistan ordusunun bu hərəkətləri yolverilməzdir

190

Azərbaycanın yaşayış məntəqələrinin atəşə məruz qalmasını qətiyyətlə pisləyirəm.

Sosialmedia.az xəbər verir ki, bunu Şimali Kipr Türk Respublikasının Baş naziri Ərsin Tatar deyib.

O bildirib ki, Ermənistan Silahlı Qüvvələrinin hərəkətləri yolverilməzdir: “Türkiyə Kipri Azərbaycanı dəstəkləyib və Azərbaycandakı qardaşlara dəstəyini davam etdirəcək. Türkiyə bu məsələdə lazım olan hər şeyi edir”.