Paşinyan artıq siyasi meyitdir!

179

Azərbaycanın Ali Baş Komandanı İlham Əliyev Zəngilan şəhərinin erməni işğalçılarından azad edilməsi barədə məlumat verdi. Azərbaycan Ordusu əks-hücuma davam edir və Ermənistanın yararsız Müdafiə Nazirliyinin “danışan başlarının” sözlərinə görə, düşmən “taktiki olaraq geri çəkilir”.

Sosialmedia.az bildirir ki, Bu sözləri Axar.az-a Özbəkistanın tanınmış ictimai xadimi, tarixçi, publisist Şuxrat Salamov (Şuhrat Barlas) deyib. Həmsöhbətimizin sözlərinə görə, hər hansı bir danışıqlara getməyə ehtiyac yoxdur:

“Əlləri dirsəklərinə qədər Azərbaycanın günahsız uşaq və qadınlarının qanına batan Paşinyanla danışıqlar aparmaq heç bir nəticə verməyəcək. İrəvanla konstruktiv bir dialoq nəticə verməyəcək. Paşinyan artıq siyasi meyitdir.

Mən qardaş Azərbaycanın bütün ərazilərinin sürətlə azad olunmasını arzulayıram. Azərbaycan xalqına eşq olsun!”