Layihə çərçivəsində ilk təlim keçirilib

153

Sosialmedia.az bildirir ki, “Vətənpərvər Maarifçi Gənclər” İctimai Biriliyi “Gənclərin könüllülük fəaliyyətinə cəlb edilməsi istiqamətində onlayn təlimlərin təşkili” adlı layihəsini Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi ilə birgə həyata keçirmişdir.

Layihənin məqsədi gənclərin diaspora fəaliyyətinə cəlb edilməsi və diaspora işlərində gənclərin könüllülük fəaliyyətinin təmin edilməsi və dünya azərbaycanlıları ilə daha sıx əlaqələr qurmaq, soydaşlarımızın doğma vətəni ilə bağlarını gücləndirməkdir.

İki ay müddətində icra olunan layihə 5 təlim iki növbə üzrə nəzərdə tutulmuşdur.

“Könüllülük nədir?” mövzusunda keçirilən ilk təlimi Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Leyla Həmzəyeva həyata keçirmişdir. Layla Həmzəyeva könüllülük fəaliyyət, könüllülük fəaliyyətin istiqaməti və könüllünün əsas vəzifələri haqqında təlimə qoşulan gənclərə geniş məlumat vermişdir.

Sonda təlim gənclərin maraqlı sual-cavabı ilə yekunlaşdırılmışdır.