Ermənistan Azərbaycanın bir məntəqəsinə çevriləcək – Minasyan

142

Ermənistanın dövlət sərhədi haqqında qanunu var, hakimiyyət onu icra etmir. Hələ də azərbaycanlılarla danışıqları apara biləcək məsul şəxs yoxdur.

Sosialmedia.az xəbər verir ki, bunu Daşnaksütyunun liderlərindən biri Arçvik Minasyan deyib.

“Azərbaycanlı generalla danışıqları bizim kəndlilər və ya icma rəhbərləri aparır. Ermənistan hakimiyyətinin Milli Təhlükəsizlik Xidmətinə tabe olan sərhəd qoşunları var, onlar haradadırlar? Bu, sadəcə absurddur. Əgər hakimiyyət getməsə, biz çox ərazi itirəcəyik və Ermənistanda çox çətin situasiya olacaq. Dövlətçiliyimizi itirəcəyik və Azərbaycanın yaşayış məntəqələrindən birinə çevriləcəyik”, – deyə o bildirib.