Türkiyə MN zəfər paradı ilə bağlı paylaşım etdi – Video

192

Türkiyənin Müdafiə Nazirliyi bu gün Bakıda keçiriləcək Qələbə paradı ilə bağlı paylaşım edib.

Sosialmedia.az xəbər verir ki, nazirliyin Tvitter səhifəsində paradla bağlı hazırlanan videoçarx paylaşılıb.

“Bir Vətən Hərəkatını uğurla icra edən və Qarabağ müharibəsində böyük zəfər əldə edən Azərbaycan türkü qardaşlarımızı təbrik edir, Bakıdakı tədbirdə iştirak edəcək qəhrəman ordularımızın əsgərlərini salamlayırıq. 2783 şəhidimizə Allahdan rəhmət diləyirik”, – deyə paylaşımda qeyd olunub.