80 ilin ən böyük böhranı gəlir

159

Dünya ölkələri son 80 ilin ən güclü iqtisadi tənəzzülü ilə qarşılaşa bilər.

Sosialmedia.az xəbər verir ki, bu sözləri BMT baş katibi Antonio Quterreş deyib.

“Pandemiyanın sosial və iqtisadi fəsadları böyükdür və böyüməkdə davam edir. Heç bir vaksin dəyən zərəri ödəyə bilməz. Biz son 80 ilin ən böyük qlobal böhranı ilə üz-üzəyik. Yoxsulluq artır, aclıq təhlükəsi yaxınlaşır”, – deyə baş katib bildirib.