Koronavirus pandemiyası ən azı 3 il davam edəcək

254

Koronavirus pandemiyası ən azı 3 il davam edəcək.

Sosialmedia.az xəbər verir ki, bunu Tailandın Milli Vaksin İnstitutunun direktoru Nakorn Premsri deyib.

Onun sözlərinə görə, vaksin bütün dünyada əlçatan olsa belə, pandemiya 3 il davam edəcək:

“Vaksinin əlçatan olması istehsalatın gücündən asılıdır. Əgər pandemiyanı bitirmək istəyiriksə, ardıcıl 10 milyard doza lazımdır. Preparat 2021-ci ildə, 6 aydan sonra əlçatan olacaq”.