Vətən müharibəsinin qazisi Elvin Xəlillov: -Ən böyük arzum yenidən hərbiyə qayıtmaqdır-VİDEO

711

Sosialmedia.az // Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsi sona çatdı və bizlərə qələbə sevinci yaşatdı. Bu sevincin içində bizi kədərləndirən gənc övladların vətən uğrunda verdiyi həyatı oldu. Onlar vətən borcudur və biz vətənimizi yağı düşməndən canımız bahasına azad edəcəyik deyərək 30 il işgal altında olan torpaqları azad etdilər. Qanları ilə Azərbaycanın qızıl tarixini yazdılar.Bu gün ərazi bütövlüyümüz vətən uğrunda canlarını qurban verən igidlərimizin sayəsində bərpa olundu.

Bizim borcumuz isə onları unudulmağa qoymamaq və qəhrəmanlarımızı cəmiyyətə tanıtmaqdır. Bu igid gənclərdən biri də, bu günki həm söhbətim Vətən müharibəsində ağır yaralanan kiçik gizir Elvin Bəxtiyar oğlu Xəlilovdur.

O, 1991-ci il dekabr ayının 13-də Sumqayıt şəhərində anadan olub və orta təhsilini bitirdikdən sonra hərbi xidmətə yollanıb. Hərbi xidməti bitirdikdən sonra bir müddət Sumqayıt şəhərində işləsə də, yenidən hərbiyə geri qayıdır və kiçik gizir kimi fəaliyyətini davam etdirir.
Sentyabr ayının 26-da Qusar rayonundan Goranboy rayonuna göndərilir.

27 sentyabr Vətən müharibəsinin başlaması ilə Elvin digər əsgər və zabit yoldaşları ilə birlikdə döyüşə yollanır. Onlar Cəbrayıl,Füzuli və Hadrut uğrunda gedən döyüşlərdə iştirak edir və böyük igidlik göstərir. Hadrut qəsəbəsində gedən döyüşlərdə Azərbaycan bayrağını yüksəkliyə sancmaq istəyərkən erməni snayperi tərəfindən vurulur və yaralanır. Digər döyüşçü yoldaşlarını təhlükəyə atmamaq üçün özünü vurulduğu yüksəklikdən aşağı atır. Qospitala gətirildikdən sonra əməliyyat olunur,ancaq yenidən döyüşlərə qatılmaq istəsə də həkimlər bunun təhlükəli olduğunu söyləyirlər. Elvinin müalicəsi hələ də davam etməkdədir, lakin ən böyük arzusu sağalıb yenidən hərbiyə qayıtmaqdır.

Söhbət zamanı onuda öyrəndim ki, Elvinin atası Bəxtiyar müəllim də I Qarabağ müharibəsinin iştirakçısı olub. Düz deyirlərmiş ki, ot kökü üstündə bitər. Bəxtiyar müəllim qeyd etdi ki, o oğlu ilə fəxr edir çünki onun oğlu Qalib ordunun qazisidir.Biz də bütün ordumuzla,igid oğullarımızla fəxr edirik.Çünki onlar bizə qələbə sevincini yaşadıblar. Allah qazimizə şəfa versin!

Müəllif : Səbinə Kərimova