Mehriban Əliyeva Qaraxanbəyli kəndindən paylaşım etdi

152

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi İnstaqram səhifəsində işğaldan azad olunan Füzuli rayonunun Qaraxanbəyli kəndindən paylaşım edib.

Sosialmedia.az xəbər verir ki, paylaşımda Prezident İlham Əliyev “Qaraxanbəyli kəndi. Ermənilər tərəfindən dağıdılmış Qaraxanbəyli kəndi”, – deyə kəndi təqdim edib.

Qeyd edək ki, yanvarın 15-də Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva işğaldan azad olunan Şuşa şəhərinə səfərə yola düşüblər