5 aydır axtarılan əsgərin şəhid xəbəri gəldi

214

Vətən müharibəsində itkin düşən daha bir hərbçimizin nəşi müəyyən edilib.

Sosialmedia.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.

2 noyabr tarixində Şuşa uğrunda gedən döyüşlərdə itkin düşən Qalası Müslüm oğlu Kərimlinin şəhidlik zirvəsinə ucaldığı məlum olub.

Qeyd edək ki, şəhidimiz 2000-ci ildə Hacıqabul rayonu Muğan qəsəbəsində doğulub.

Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, Qalası Müslüm oğlu Kərimli “Cəsur döyüşçü” medalı ilə təltif edilib.