İrəvan bu bəyanatla Bakıya fürsət verdi – Mehdiyev

268

1980-ci ildə imzaya açılan “Convention on Certain Conventional Weapons” (CCW) adlı BMT Konvensiyası var. Onun 2-ci protkolu tələb edir ki, dövlət mina döşəyirsə, həmin yerlərin ətrafında işarələr qoymalıdır və minalar xəritəsizdirsə, o minalar bir müddət sonra öz-özünə məhv olmalıdır, məsələn, kaset bombalarından səpələnən minalar kimi.

Sosialmedia.az xəbər verir ki, bunu beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev qeyd edib.

F.Mehdiyev Ermənistanın bu Konvensiyanı imzalamadığını, amma 2009-cu ildə bu Konvensiyaya “özünü bağlayan” bir bəyanat verdiyini bildirib.

Professorun sözlərinə görə, bu faktdan beynəlxalq hüquq müstəvisində istifadə edilməlidir:

“Bu məsələni dekabrda İsveçdə keçirələcək ATƏT-in Nazirlər Şurasında mütləq müzakirəyə çıxarmaq lazımdır”.