Agentlik: 266 əlilliyin ləğvi ilə bağlı artıq Baş Prokurorluğa müraciət olunub

403

“2018-ci ildən indiyə qədər 7000-dən artıq saxta əlillik ləğv olunub. 266 müraciətin ləğvi ilə bağlı artıq Baş Prokurorluğa müraciət olunub”.

SosialMedia.az-ın məlumatına görə, bunu Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin direktoru Cavid Əbdül-Qədirov mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, əlilliyi ləğv olunan 7000-dən artıq şəxsdən sadəcə 300-dən artığı məhkəməyə müraciət edib.