İraq və Türkiyə üçün yeni dönəm başlayır

315

İraq və Türkiyə üçün ümidverici bir dövr başlayacaq. Bütün seqmentlərə təsir edəcək diplomatiya və bir yanaşma nümayiş etdirəcəyik.

Sosialmedia.az xəbər verir ki, bunu Türkiyənin Bağdad səfiri Əli Rza Güney deyib.

Güney qeyd edib ki, İraqla bağlı hədəfləri problemlərdən asılı olmayaraq dialoq kanallarını açıq tutmaq və ali səviyyədə səfərləri tez-tez etməkdir:

“Prezidentimiz Rəcəb Tayyib Ərdoğan keçən il İraqa gəlməyi planlaşdırırdı. Ümid edirik ki, koronavirus imkan verər və bu yüksək səviyyəli ziyarət reallaşar. Xarici işlər nazirimiz Mövlud Çavuşoğlu da İraqa gəlmək istəyir. İraqı bütün olaraq görürük və ərazi bütövlüyünə hər hansı bir təhdidi Türkiyə üçün təhid hesab edirik”.