Yeni korona növləri yaranacaq, əlavə vaksin lazımdır

320

COVİD-19 epidemiyası bir anda sona çatmayacaq.

Sosialmedia.az xəbər verir ki, bunu ABŞ-ın dərman şirkəti “Moderna”nın baş direktoru Stefan Bansel deyib.

Onun sözlərinə görə, təxminən 6 ay sonra virusun yeni variantları ortaya çıxacaq:

“6 ay ərzində – payızın sonu, qışın əvvəllərində COVİD-19-un müxtəlif növlərinin peyda olacağını düşünürük. Əlavə peyvəndlərə ehtiyac yarana bilər”.