Bu anlaşma ilə Azərbaycan güclü olduğunu təsdiqlədi – Səfir

223

Şuşa Bəyannaməsi vacib müttəfiqlik anlaşmasıdır. Bu sənəd Azərbaycanla Türkiyə arasındakı münasibətləri daha da gücləndirməyə yönəlib. Bu anlaşmanın tarixi əhəmiyyəti önümüzdəki illərdə daha da aydın olacaq.

Sosialmedia.az xəbər verir ki, bunu Report-a açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı deyib.

Onun sözlərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın Şuşaya səfəri tarixi bir səfər idi:

“Həm Qars sazişinin 100 illik yubileyi, həm də Azərbaycan xalqının Milli Qurtuluş Günü münasibətilə iyunun 15-də Şuşa Bəyannaməsi imzalandı. Bu anlaşma ilə Azərbaycan regionda daha güclü ölkə olduğunu sübut etdi”.