Sərkisyan: Ermənistan prezident idarəçiliyinə keçməlidir

161

Ermənistan gərək Konstitusiyaya dəyişiklik edib, yenidən prezident idarəçiliyi olan respublikaya çevrilsin və hər kəs üçün daha müəyyən olunan ölkə olsun.

Sosialmedia.az xəbər verir ki, bunu Ermənistan Prezidenti Armen Sərkisyan deyib.

“Əminəm ki, bizim ilk növbədə IT texnologiya sahəsində böyük inkişaf potensialımız var, lakin bundan öncə biz gərək konstitusiyanı dəyişək, prezident idarəçiliyinə qayıdacaq. Hazırkı konstitusiya ilə Ermənistan nə prezident, nə də parlamentli respublikadır. Belə çıxır ki, insanların böyük hakimiyyəti var, amma məsuliyyəti yoxdur”, – deyə o bildirib.