Bakıda bu yollarda tıxac var – Siyahı

158

Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxt və Bakıətrafı ərazilərdə tıxac yaranan yolların siyahısını açıqlayıb.

Sosialmedia.az siyahını təqdim edir:

Bakı – Sumqayıt şosesi (Xırdalan dairəsin istiqamətindən başlayaraq, 20 Yanvar dairəsi istiqaməti),

Tiflis prospekti – (A.Salamzadə küçəsi ilə kəsişməyə qədər, şəhər mərkəzi istiqaməti),

Binəqədi şosesi (Biləcəri-Baksol yolu ilə kəsişməyə qədər, şəhər istiqamətində),

Abbasqulu ağa Bakıxanov küçəsi (Mərdanov qardaşları küçəsi ilə kəsişməyə qədər, Türkiyə səfirliyi istiqaməti),

Zabrat şosesi – (Zabrat dairəsi istiqamətindən, əsasən Sabunçu rayon Hərbi Komissarlığının qarşısını keçdikdən sonra, Heydər Əliyev prospekti istiqamətində),

Mikayıl Əliyev küçəsi (Heydər Əliyev prospekti (köməkçi yol),

Qara Qarayev prospekti – (“Qara Qarayev” metrostansiyasının yaxınlığından başlayaraq, “Koroğlu” metrostansiyası istiqamətində),

Babək prospekti – (Nəcəfqulu Rəfiyev küçəsi ilə kəsişmədən, şəhər mərkəzi istiqamətində, eyni zamanda Heydər Əliyev prospekti istiqamətində).