Erməni baş leytenant məhv edildi

154

Ermənistan Müdafiə Nazirliyi bu gün öldürülən 3 hərbçisinin adını açıqlayıb.

Sosialmedia.az xəbər verir ki, məhv edilənlərin baş leytenant Ayk Ovanesoviç Gevorkyan, əsgər Arutyunyan Koryun Araikoviç və əsgər David Qarnikoviç Köçəran olduğu bildirilib.

Qeyd edək ki, Ermənistan MN 3 əsgərinin öldüyünü, 2 əsgərinin yaralandığını, 2 əsgərinin isə itkin düşdüyünü açıqlayıb.

Erməni sosial şəbəkə istifadəçiləri isə ölənlərin sayının 5 olduğunu açıqlayıb.

Azərbaycan MN erməni təxribatı nəticəsində 2 əsgərimizin yaralandığını bildirib.