Daşkəsəndə şəhidlərin adına inşa olunan bulaqların açılışı olub

132

Daşkəsənin Alunitdağ qəsəbəsində Vətən müharibəsi zamanı qəhrəmancasına şəhid olan Vahid Əliyevin, Əhmədli kəndində isə şəhid Elvin Quliyevin adına inşa olunan bulağın açılışı olub.

Sosialmedia.az “Report”a istinadən Qərb Mərkəzinin məlumatına görə, həm Alunitdağ qəsəbəsində, həm də Əhmədli kəndində keçirilən tədbirdə şəhidlərin yaxınları, döyüş yoldaşları, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Vətən uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi yad edilib, ruhlarına dualar oxunub. Mərasimdə çıxış edənlər şəhid Vahid Əliyevin və Elvin Quliyevin döyüş yollarından, göstərdikləri qəhrəmanlıqlardan danışıblar.

Qeyd edək ki, Vətən müharibəsi zamanı qəhrəmancasına canından keçən hər iki şəhid Prezident, Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamına əsasən bir neçə medalla təltif ediliblər.