Araz Vadisi İqtisadi Zonasının hədəfi… – Əhmədov

290

“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yaradılması cənab İlham Əliyevin ideyalarının böyüklüyündən xəbər verir. Bu addımın atılması gələcəkdə həmin zonanın, eyni zamanda Qarabağın iqtisadi inkişafı üçün böyük əhəmiyyət kəsb edəcək.

Sosialmedia.az bildirir ki, Bunu Axar.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov deyib.

“Burada yalnız kənd təsərrüfatı məhsulları deyil, eyni zamanda sənaye məhsulları istehsal ediləcək və mədənçıxarma məhsullarının emalı məsələləri də öz həllini tapacaq. Bütün bu işlərin görülməsi üçün Azərbaycan dövlətinin lazımi hüquqi bazası var. Ümumiyyətlə, sözügedən istiqamət Azərbaycan Prezidentinin xüsusi nəzarətindədir. Çünki belə böyük layihələrin gerçəkləşdirilməsi bizim iqtisadiyyatımız üçün çox önəmlidir və qonşu dövlətlər də buna maraq göstərirlər”, – millət vəkili bildirib.