Xalq artisti vəfat etdi

215

Gəncə Dövlət Dram Teatrının rejissoru, əməkdar incəsənət xadimi, xalq artisti, Prezidentin fərdi təqaüdçüsü, “Qızıl Dərviş” mükafatı laureatı Vaqif Abdulla oğlu Şərifov bu gün səhər saatlarında vəfat edib.

Sosialmedia.az xəbər verir ki, 78 yaşlı xalq artistinin səhhətində ciddi problem yarandığı üçün Gəncə şəhər 3 saylı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdi. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.