“Sarı gəlin” Qarabağa qayıtdı

215

“Vətən Uğrunda” layihəsinə dəvət alanda çox sevindim. Azərbaycan Ordusunun işğaldan azad etdiyi hər bir qarış torpaqda olmaq məndə inanılmaz təəssürat yaradır. Layihə əsasında rayonlarımızın azad olunduğu tarixlərdə orda olub, müxtəlif proqramlarla çıxış edirik.

Sosialmedia.az bildirir ki, Bu sözləri Kult.az-a əməkdar artist Eteri Cəfərova deyib.

“Qarabağda “Sarı gəlin” rəqsini ifa etmək ən böyük arzum olub. Şuşanın Cıdır düzündə keçirilən “Xarıbülbül” musiqi festivalına qatılmışam, sonra da Qarabağa tez-tez getmişəm və müxtəlif rəqslərlə çıxışlar etmişəm. Milli musiqilərimiz, rəqslərimiz torpaqlarımızı canlandırır. Mən “Sarı gəlin” rəqsini ifa edəndə bunu hiss edirdim. Amma “Vətən Uğrunda” layihəsi məndə tamamilə başqa təəssürat yaradır. Torpaqlarımızın məhz işğaldan azad olunduğu tarixlərdə orda olmaq sanki savaş vaxtı əsgərlərimizin yanında olmaq kimidir. Onların necə qəhrəmanlıq göstərdiyini, necə qürurla irəlilədiyini görürəm. Hər bir daşda, hər bir çınqılda əsgərlərin izi var. 44 gün ərzində Qarabağı bizə möhtəşəm qələbə ilə qazandıran Ali Baş Komandanımıza və Azərbaycanın Müzəffər Ordusuna sonsuz minnətdaram”, – deyə E.Cəfərova bildirib.