Yevlaxda I Qarabağ müharibəsi şəhidlərinin abidələri bərpa olunur

235

Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının təşəbbüsü ilə Yevlax rayonun Malbinəsi kəndində I Qarabağ müharibəsində şəhidlik zirvəsinə yüksəlmiş 6 igidin xatirəsinə ucaldılmış Şəhidlər Abidə Kompleksi əsaslı şəkildə yenidən qurulur. SİA xəbər verir ki, uzun müddət təmir işləri görülmədiyindən abidənin təmirinə ehtiyac yaranıb.

Bu məqsədlə YAP Yevlax rayon təşkilatının fəalları abidənin yenidən qurulması işində yaxından iştirak edir, lazımi işlərin görülməsində fəallıq göstərirlər. Abidə yenidən qurulan zaman II Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalmış Malbinəsi kəndindən olan 2 şəhidin də şəkli Abidə Kompleksinə əlavə ediləcək və yenidən torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman şəhidlərin xatirəsini əbidiləşdirən Ziyarətgaha çevriləcək.

Müəllif: Aysel Məmmədova