Şəhid Orxan və Nurlanın adına bulaq salındı

215

Bu gün Oğuz rayonunun Xaçmaz kəndində şəhidlərimiz Orxan Rəşid oğlu Rəhimli və Nurlan Rəhim oğlu Əhmədlinin adına salınmış bulağın açılış mərasimi keçirilib.

Sosialmedia.az xəbər verir ki, açılış mərasimi şəhid Nurlanın doğum gününə təsadüf edib.

Tədbirdə şəhidlərin ailə üzvləri, dostları, kənd camaatı iştirak edib.

Tədbir iştirakçılarına şəhidlərimizin doyüş yolu, qəhrəmanlıqları barədə məlumat verilib. Müəllimləri, dostları öz xatirələrini bölüşüblər.

Qeyd edək ki, Nurlan və Orxan uşaqlıqdan bir yerdə böyüyüb. Həm qonşu, həm qohum olan şəhidlərimizin məzarı da yanaşıdır.

Xatırladaq ki, şəhid Nurlan Əhmədli ötən il oktyabrın 27-də Füzulidə, Orxan Rəhimli isə noyabrın 8-də Şuşa istiqamətində şəhid olub.

Xaçmaz kəndi II Qarabağ savaşında 8 şəhid verib.

Kənd camaatının şəxsi təşəbbüsü və maliyyə dəstəyi ilə kənddə Şəhidlər Xiyabanı yenidən salınıb və abadlaşdırılıb.