Ceyhun Bayramov Minskə getdi

139

13 oktyabr 2021-ci il tarixində Azərbaycan Respublikası xarici işlər nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək məqsədilə Minsk şəhərinə yola düşüb.

Sosialmedia.az bildirir ki, XİN-dən Axar.az-a verilən məlumata görə, səfər çərçivəsində nazir Ceyhun Bayramovun MDB XİNŞ növbəti iclasında iştirakı ilə yanaşı, ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.