Xocavənddə ermənilərin atıb qaçdığı silah-sursat

114

Xocavənd Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən rayonun işğaldan azad edilən ərazilərində düşmənin tərk etdiyi mövqelərdən döyüş sursatlarının aşkar olunaraq təhvil verilməsi istiqamətində mütəmadi profilaktiki tədbirlər aparılır.

Sosialmedia.az bildirir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Axar.az-a verilən məlumata görə, Xocavənd RPŞ-nin əməkdaşlarının rayon ərazisində keçirdiyi növbəti tədbirlər də uğurla nəticələnib.

Belə ki, ermənilərin ataraq qaçdığı 2 “Strela-3” daşınan zenit-raket kompleksi, 2 “Foqot”, 1 AQS-17 qurğusu, 4 qumbaraatan, 4 avtomat, 1 tank əleyhinə mina, 16 əl qumbarası, 16 partladıcı vasitə, 4 avtomat darağı və 1400 müxtəlif çaplı patronlar aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.