Nikolun hiyləgər gedişi: Papikyan buna görə nazir təyin edildi

175

Ermənistan Baş nazirinin keçmiş müavini Suren Papikyan müvəqqəti olaraq müdafiə naziri təyin edilib.

Sosialmedia.az xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

“Ermənistan hökumətindəki mənbələrimizin bildirdiyinə görə, Nikol Paşinyan Papikyanı Müdafiə Nazirliyinə sırf hərbi idarədə baş verənləri anlamaq məqsədi ilə təyin edib. Fakt budur ki, Müdafiə Nazirliyinin daxilində savaş gedir. Hərbi məmurlar bu və ya digər işlərdə məsuliyyəti başqalarının üzərinə atırlar”, – deyə qəzetdə qeyd olunub.

Məqalədə bildirilir ki, Nazirlər Kabinetinin rəhbəri Müdafiə Nazirliyini əməlli-başlı silkələmək niyyətindədir. Nəticədə bir çox rəhbər, o cümlədən yüksək rütbəli hərbçilər, xüsusən də Baş Qərargah rəisi Artak Davtyan, onun müavinləri və digər generallar işdən çıxarılacaqlar.

Qeyd edək ki, Suren Papikyan Ermənistan prezidentinin bu il 15 noyabr tarixli fərmanı ilə müdafiə naziri təyin edilib.