Akarın Həsənova zəngi xəbərdarlıq idi

176

Azərbaycan sərhəd gənginliyində böyük dövlətlərdən və beynəlxalq təşkilatlardan dəstək gözləmir, yetər ki, bizə mane olmasınlar.

Sosialmedia.az bildirir ki, Bu sözləri Axar.az-a politoloq Elxan Şahinoğlu Ermənistan silahlı qüvvələrinin ötən gün sərhəddə törətdiyi təxribatlarla bağlı danışarkən deyib.

“Azərbaycana Türkiyənin dəstəyi kifayətdir. Müdafiə naziri Hulusi Akarın Azərbaycanın müdafiə naziri Zakir Həsənovla ötən gün danışması və verdiyi mesajlar digər dövlətlərə Azərbaycanın tək olmadığı xəbərdarlığıl idi”, – politoloq bildirib.

E.Şahinoğlu qeyd edib ki, böyük dövlətlərdən və beynəlxalq təşkilatlardan iki gözləntimiz var:

“Birincisi, Azərbaycan əleyhinə açıqlama verməsinlər, ikincisi İrəvanla məsləhətləşmə aparanda Bakıdan da məlumat alsınlar. Hələ ki, hər ikisinə əməl olunur”.