Soçidə hansı razılaşmalar ola bilər? – Ekspert

160

Sərhədin delimitasiya və demarkasiyası üçün işçi qrupunun yaradılması barədə Soçidə imzalanması gözlənilən sənəddə prosesin tərəflərin bir-birinin ərazi bütövlüyünü tanıması ilə yekunlaşacağını əks etdirən bəndin də olması mümkündür.

Sosialmedia.az bildirir ki, Bu sözləri Axar.az-a açıqlamasında QAFSAM-ın sədr müavini, politoloq Nazim Cəfərsoy 26 noyabrda Soçidə keçirilməsi gözlənilən Rusiya, Azərbaycan və Ermənistan liderlərinin görüşü haqda danışarkən deyib.

Politoloq bildirib ki, sənəddə Azərbaycanın Eyvazlı, Çayzəminli və Gorus-Qafan yolu üzərindəki gömrük postlarından keçmək üçün Ermənistan vətəndaşlarına müvəqqəti olaraq müəyyən güzəştlərin də öz əksini tapa biləcəyini düşünür:

“Kommunikasiyaların açılması ilə bağlı isə Qazax-İncivan və Ermənistan-Azərbaycan-İran yolunun açılması və Zəngəzur dəhlizi barədə bəzi irəliləyişlərin olması mümkündür.

Soçidəki görüşlə bağlı digər bir ehtimal Azərbaycan və Ermənistan arasında gələcəkdə imzalanacaq sülh müqaviləsi ilə bağlı müəyyən mesajların verilməsidir”.

N.Cəfərsoy tərəflər arasında əsir-mina xəritəsi mübadiləsi haqqında razılaşma əldə oluna biləcəyini də istisna etməyib.