Tərtərdə qoyun otaran şəxs minaya düşdü

180

Goranboy sakini Tərtərdə minaya düşüb.

Sosialmedia.az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Həsənqaya kəndində qeydə alınıb.

1976-cı il təvəllüdlü Goranboy rayon Xoylu kənd sakini, Həsənov Elnur Tofiq oğlu heyvan otararkən minaya düşüb. E.Həsənov Bərdə Diaqnostika mərkəzinə çatdırılıb.

Onun hər iki ayağının aşağı hissəsi travmatik amputasiya olunub.