Bu gün “Qanun” Nəşrlər Evinin yanında qumbara aşkar edilib

162

Bu gün “Qanun” Nəşrlər Evinin yanında qumbara aşkar edilib.

Sosialmedia.az xəbər verir ki, bu barədə “Qanun” Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğlu öz Feysbuk səhifəsində paylaşıb.

“Binanın ətrafını təmizləyən fəhlə xoşbəxtlikdən beli qumbaraya toxundurmayıb. Şəkildən göründüyü kimi, qumbara istifadə olunmayıb, necə deyərlər, “sağlamdır”. FHN-ə xəbər verdik, çox sağ olsunlar, dərhal gəldilər”, – Xuduoğlu qeyd edib.